İstifadəçi şərtləri
Son yenilənmə: Sentyabr 2026
1. Xidmət nədir
Routuor yük daşımalarının izlənməsi sistemidir: tracking kodu ilə yükün statusu və tarixçəsi, canlı xəritə, sürücülərin mobil GPS yeri, Google Sheets-dən avtomatik sinxron, saytınız üçün hazır izləmə widget-i və Excel / PDF ixrac. Xidmət “olduğu kimi” təqdim olunur.
2. Hesab və qeydiyyat
- Qeydiyyat email və şifrə ilə aparılır; email təsdiqi tələb oluna bilər.
- Qeydiyyatı tamamlamaq üçün bu şərtləri və Gizlilik siyasətini qəbul etməlisiniz (qeydiyyat pəncərəsindəki işarə).
- Şifrənizin məxfiliyi sizin məsuliyyətinizdir; hesabınızdakı bütün əməllərə görə siz cavabdehsiniz.
- Xidmət 18 yaşdan kiçiklər üçün nəzərdə tutulmayıb; bu qaydanı pozan azyaşlı (icazəsiz təsadüfi VÖEN daxil etməklə qeydiyyatı keçə bilmiş) istifadəçilərin hesabı aşkarlanaraq təsdiq almayacaqdır.
3. Planlar və ödəniş
- Trial — məhdud müddətli pulsuz Premium rejim, qeydiyyatda avtomatik aktivləşir.
- Ödənişli planlar (Standart, Professional, Premium) kod limitinə görə fərqlənir; limitə çatanda yeni kod əlavə etmək bloklanır. Güncəl limitlər pricing səhifəsində göstərilir.
- Yenilənmə tezliyi plana görə fərqlənir; dəqiq tezlik pricing səhifəsində göstərilir.
- Ödənişli plana keçid admin təsdiqi ilə aktivləşir; qiymətlər aylıq / illik dövrlə göstərilir.
4. Tracking kodları və məlumat mənbələri
- Kodlar 3–30 simvol (A–Z, 0–9, defis) formatında yaradılır və təkrarlana bilməz.
- Məlumatları əl ilə, Google Sheets linki ilə və ya sürücü GPS-dən əldə edirik; Sheets linklərinin düzgünlüyü və əlçatanlığı sizin məsuliyyətinizdir.
- Yalnız paylaşmaq hüququnuz olan məlumatları yükləyin.
5. Sürücülər və GPS məkanı
- Hər sürücüyə dəvət kodu verilir; sürücü driver səhifəsində ad, maşın nömrəsi və telefonla qeydiyyatdan keçir.
- Canlı GPS yalnız sürücünün razılığı və paylaşmanı aktiv saxlaması ilə işləyir; sürücülərinizə məlumat verin və razılıq alın.
- GPS yeri müştərilərinizə tracking səhifəsində və widget-də görünə bilər — bunu sürücülərlə əvvəlcədən razılaşdırın.
6. Sayt widget-i
Paneldən aldığınız widget kodunu saytınıza yerləşdirə bilərsiniz. Widget saytınızda aktivliyi ölçmək üçün texniki sorğular (ping) göndərə bilər. Widget-i qanunsuz və ya zərərli saytlarda yerləşdirməyin.
7. Sizin öhdəlikləriniz
- Profil məlumatlarını (ad, şirkət, telefon, VÖEN, ünvan) düzgün və aktual saxlayın.
- Qanunsuz yük, saxta status və ya üçüncü şəxslərin hüquqlarını pozan məlumat paylaşmayın.
- Müştərilərinizə qarşı daşımaların statusu barədə düzgün məlumat verməyə çalışın.
8. Qadağandır
- Sistemi sındırmaq, avtomatik sorğularla yükləmək, başqalarının hesablarına girmək.
- Zərərli kod yerləşdirmək, spam və ya aldadıcı izləmə səhifələri yaratmaq.
- Xidməti yenidən satmaq və ya icazəsiz API kimi təqdim etmək.
9. Məsuliyyətin hüdudu
GPS siqnalı, internet və texniki servislərdəki nasazlıqlara görə fasilələr ola bilər. Routuor dolayı zərərlərə (gəlir itkisi, gecikmə cərimələri və s.) görə məsuliyyət daşımır; ümumi məsuliyyət son 3 ayda ödədiyiniz məbləğlə məhdudlaşır, pulsuz istifadədə sıfırdır.
10. Müddət və ləğv
Hesabınızı paneldən və ya bizə yazaraq ləğv edə bilərsiniz. Qaydaları pozsanız, hesabı dayandıra və ya silə bilərik. Şəxsi məlumatların silinməsi Gizlilik siyasətində təsvir olunub.
11. Dəyişikliklər və əlaqə
Şərtləri yeniləyə bilərik; əhəmiyyətli dəyişikliklər saytda dərc olunur. Davam edən istifadə yenilənmiş şərtlərin qəbulu sayılır. Əlaqə: elnurakifoglu+routuor@aol.com
Gizlilik siyasətinə bax →